Rusiya Arktikada raketdən müdafiə təlimləri keçirməyə hazırlaşır

2018/02/234234234_1517482962.jpg
Oxunub: 1832     19:01     01 Fevral 2018    
Rusiya donanması Barens dənizində raket əleyhinə döyüş təlimlərinə qatılmaq üçün arktika zonasına öz gəmilərini göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu təlimlər proqrama uyğun olaraq ilin ilk artilleriya təlimləridir.

Rusiyanın ucqar şimaldakı qüvvələri 2014-cü ildən etibarən Şimali Buzlu Okean ətrafında daha möhkəmlənmək üçün xüsusi komandanlıq formalaşdırıb. Kreml zəngin resurslara malik Şimal Qütbündən Birləşmiş Ştatlar, Kanada, Norveç və Danimarka rəqabətinə qarşı daha hazırlıqlı olmağa çalışır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Arktika  


Bizi "telegram"da izləyin