Çin ABŞ-a qarşı nüvə gücünü artırmağa çalışır

2018/02/456456456_1517481973.jpg
Oxunub: 1829     18:44     01 Fevral 2018    
Çin ordusu Birləşmiş Ştatların böyüməkdə olan deposuna qarşı öz nüvə silahı ehtiyatlarını genişləndirməyi düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) rəsmi qəzeti olan “PLA Daily”də qeyd olunub.

Qəzetdə Çinin digər nüvə güclərinin qarşısını almaq üçün kifayət qədər nüvə silahına sahib olduğunu qeyd etsə də, regionda strateji balansı qorumaq, Çinin böyük güc statusunu saxlamaq və milli təhlükəsizliyi müdafiə etmək üçün nüvə gücünün artırılmasına ehtiyac olduğu bildirilib.

Qeyd edək ki, yanvar ayında “Huffington Post”a sızdırılan Trampın nüvə siyasətində ABŞ-ın nüvə silahlarının artırılması ilə bağlı planların olduğu üzə çıxıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Nüvə-deposu  


Bizi "telegram"da izləyin