Libermandan etiraz: ABŞ İsraili təhdid edən Livana dəstək verir

2018/02/2017-03-30-16-16-27Aviqdor-Liberman345_1517476032.jpg
Oxunub: 3980     17:05     01 Fevral 2018    
Birləşmiş Ştatlar İsrail rəsmilərinin İrana və Hizbullaha ölkədə güclənməyə dəstək verdiyinə görə müharibə ilə təhdid etdiyi Livana dəstəyini bir daha ifadə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibinin köməkçisi Devid Satterfil ABŞ-ın Livana dəstəyinin davam edəcəyini bildirib.

“Biz Livandakı legitim dövlət təhlükəsizlik institutlarına, Livan Silahlı Qüvvələrinə dəstəyimizi davam etdirəcəyik. Livan Silahlı Qüvvələri Hizbullahın ölkədə təsirini genişləndirməsinə qarşı mübarizə apara bilər”, - deyə Satterfil qeyd edib.

Lakin bu bəyanatdan 3 saat sonra İsrail Müdafiə Naziri Aviqodor Liberman bir daha Livan ordusunun Hizbullah komandanlığı altında olduğunu təkrarlayıb.

“Əvvəl də bildirdiyim kimi, Livan və Livan ordusu Hizbullahdan fərqli bir şey deyil. Onlar Hizbullahın bir parçasıdır və İsrail üzərinə həyata keçiriləcək istənilən genişmiqyaslı hücum üçün tam bədəl ödəyəcəklər”, - deyə Liberman bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Livan   Hizbullah   ABŞ  


Bizi "telegram"da izləyin