Ordu.az News.21.by saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesindən olan mənbələr məlumat verib.
Modernləşdirmə 2S7-ni uzaq məsafədə rəqibin obyektlərini məhv etməyə imkan verən vasitəyə çevrilməli, bununla yanaşı olaraq nüvə sursatları atmağa qadir artilleriya sisteminin dəqiqliyini əhəmiyyətli dərəcədə artırmalıdır.
“Pion”lar idarəetmə məntəqələri, rabitə qovşaqları, artilleriya və taktiki raket mövqeləri, helikopter meydançaları, döyüş sursatı anbarları kimi hədəflərin məhv edilməsi üçün unikal vasitədir.
Qeyd edək ki, modernləşdirmə çərçivəsində “Pion” diviziyalarını həmçinin kəşfiyyatçı PUA-larla təchiz etmək planlaşdırılır.
Ağalar Qəribov
Ordu.az