Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Milli Mühasibatlıq İdarəsinin məlumatına görə, ordunun 10 illik modernizasiya planında yeni freqatlar filotiliyasının qiyməti və funtsterlinqlə dollar arasındakı məzənnə dəyişikliyi nəzərə alınmayıb.
Bundan başqa, “Trident” dənizaltı gəmilərinin və hücum qayıqlarının dəyişdirilməsinə ayrılacaq xərclərin 1 milyard funtsterlinq artacağı və ləvazimatlar üçün 9.6 milyard funtsterlinqin daxil edilməməsi də hesablamalara böyük boşluqlar əmələ gətirib. Bütün bunları nəzərə alanda ümumilikdə 21 milyard dollarlıq “qara dəlik” əmələ gəlir.
İctimai Hesablar Komitəsinin rəhbəri Meq Hiller Müdafiə Nazirliyinin ehtiyacı olan bütün ləvazimatları almağa yetəcək pulunun olmadığını bildirib.
Milli Muhasibatlıq İdarəsinin rəhbəri Emyas Morsenin sözlərinə görə isə, Müdafiə Nazirliyi ya təcili olaraq əksiklikləri aradan qaldırmaq üçün hərəkəti keçməli, ya da satınalmaları təxirə salmalıdır.
Ağalar Ağalarlı
Ordu.az