Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla Rusiya Tehran üzərinə təklif ediləcək sanksiyalara veto qoyacağının siqnallarını vermiş oldu.
Rusiyanın BMT yanındakı nümayəndəsi Vasili Nebenzia bildirib ki, qiyamçıların istifadə etdiyi raket və silahların İran tərəfindən verilib-verilmədiyi ilə yanaşı, onların 2015-ci ildən Yəmənə tətbiq edilən embarqodan əvvəl yoxsa sonra gətirildiyi də naməlumdur.
“İran qəti şəkildə Yəmənə hər hansı bir şey tədarük etməsini təkzib edir. Yəmənin əvvəlki dövrlərdən xeyli silah var. Prezident Salihin dövründə çox ölkə Yəmənə silah satma yarışına girmişdi, buna görə də dəqiq bir şey deyə bilmərəm. ”, - deyə Nebenzia bildirib.
Ağalar Ağalarlı
Ordu.az