Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” bəyanat yayıb.
“ABŞ HHQ yaxın günlərdə “Lockheed Martin”lə 81 milyon dollarlıq texnoloji inkişaf və riskin azaltma müqaviləsi imzalayıb. Müqavilə E-6B Merkuri Hava Komanda Postunda olan köhnə havada atəş nəzarət sistemlərini əvəzləyəcək dizayn və prototipin hazırlanmasını nəzərdə tutur”, - deyə bəyanatda bildirilib.
Məlumata görə, 81 milyon dollarlıq yeni müqavilə ABŞ-ın nüvə modernizasiya cəhdlərinin əsas hissələrindən biridir və gələcəkdə yerdən strateji çəkindirici raket sistemlərinə də tətbiq ediləcək. Belə ki, artıq 2020-ci ilin sonlarında Minuteman III raketlərinin də əvəzlənməsinə başlanılacaq.
Ağalar Ağalarlı
Ordu.az