Ordu.az “National İnterest”ə istinadən xəbər verir ki, bu barədə kompaniyanın rəsmiləri bəyan edib.
“F-35 proqramımız dördüncü rübündəykən biz 2017-ci ildə daha 66 təyyarə çatdırmaqla hökumət qarşısında olan öhdəliyimizi yerinə yetirdik. Bu, əvvəlki ilə nəzərən 40% artım deməkdir və bunu istiqamətdə istehsalı artırmağa davam edirik”, - deyə şirkətin icraçı direktoru və prezidenti Merlin Hyuson bildirib.
“Lockheed” propramın 2018-ci ildə də böyüyəcəyini düşünür. “Bu tempin 2018-ci ildə də davam edəcəyini təxmin edirik. Bu il ərzində 35% artım edərək 90 təyyarənin çatdırılması proqnozlaşdırılır. Eyni qaydada növbəti illərdə də tam sürətli istehsalı saxlayacayıq. Bu vaxta qədər ABŞ və beynəlxalq müştərilərimizə 265 təyyarə təhvil verilib. Beynəlxalq cəmiyyətin F-35-ləri istifadə etməyə başlamasını həyəcanla gözləyirik”, - deyə Hyuson əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az