Ordu.az xəbər verir ki, 2012-2016-cı illər arasında dünyanın bütövlükdə silah idxalatının 13 faizi Hindistana aid olub.
Lakin son üç ildə ehtiyacların qarşılanması üçün ayrılan büdcədə 9 % azalma var. Parlamentin Müdafiə Nazirliyi üçün məşvərətçi orqanı Daimi Müdafiə Komitəsinin dekabrın 19-da təqdim etdiyi hesabat görə, bu azalma silahların alınması və ordunun modernizasiyasını gecikdirəcək.
Hesabata görə, Hindistan Hərbi Hava Qüvvələrinə ayrılan büdcə onun ehtiyaclarından 46%, Quru Qüvvələrininki 41%, Donanmanınkı isə 32% azdır.
Ümumilikdə müdafiə xərcləri üçün ayrılan vəsait (maaşlar, nəqliyyat, silah-sursat, pensiya və s.) 2017-2018-ci ildə 56,5 milyard dollar olub. Bu rəqəm 2012-13-cü illərdə 36,2 milyard dollardan 56% çoxdur. 2017-2018-ci il dövlət büdcəsinin 17% müdafiə ilə bağlı olub.
Bütün bunlara baxmayaraq, 2015-2016-cı illərdən bu vaxta qədər ordunun hər üç qanadının satınalma xərcləri üçün ayrılan vəsaiti azaldılıb.
Müdafiə Komitəsi isə ayrılan vəsaitin azaldılmasının ordunun bəzi nəzərdə tutulan layihələrinin həyata keçirilməsinə mane olduğunu iddia edir.
Komitənin bildirdiyinə görə, Pakistanla sərhəddə ötən il ərzində 860 dəfə atəşkəs pozulub, bu isə son iki ilə nisbətən iki dəfə çoxdur. Digər tərəfdən son dövrlərdə Hindistan və Çin arasında arasında gərginliyin artması Hindistan ordusunun modernizasiyasının sürətləndirilməsini tələb edir və Hindistan ordusunun döyüş qabiliyyətində hələ də ciddi çatışmazlıqlar var. Bu yaxınlarda ordunun minlərlə tank əleyhinə raketə və raket atıcıya ehtiyacı olduğu açıqlanıb. Komitə büdcə planlaması zamanı bütün bunların nəzərə alınmasını təklif edib.
Ağalar Ağalarlı
Ordu.az