ABŞ generalı: “ABŞ KXDR-in nüvə infrastrukturunu məhv edə bilər”

2018/01/373_1517379869.jpg
Oxunub: 4279     14:22     31 Yanvar 2018    
“ABŞ ordusu Şimali Koreyanın nüvə raketlərilə bağlı olan infrastrukturunun böyük hissəsini məhv etməyə qadirdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Hərbi Hava Qüvvələrinin generalı Paul Silva bildirib.

“Unutmayın, raket infrastrukturu deyəndə sadəcə raket nəzərdə tutulmur. Əgər siz sadə bir əsgərsinizsə və raket atırsınızsa, mən sizin kazarmanızı partlatsam, siz işinizi görə bilməyəcəksiniz”,- deyə general bildirib.

Şimali Koreya öz raket texnologiyasında sürətli inkişaf yolu ilə irəliləyir. Pxenyan noyabrda sınaqdan keçirdiyi ballistik raketinin ABŞ-ı vurmağa qadir olduğunu iddia edir.

Lakin Silvanın sözlərinə görə, o, Şimali Koreya hələlik belə silahlara sahib olmadığından əmindir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin