Ukraynada gərginlik davam edir: 1 ölü, 2 yaralı

2018/01/370_1517378853.jpg
Oxunub: 4395     14:04     31 Yanvar 2018    
Geridə qalan gün ərzində Ukraynanın ATO zonasında 3 dəfə atəşkəs pozulub və nəticədə Ukrayna Silahlı Qüvvələrinin bir əsgəri həlak olub, daha iki əsgər isə yaralanıb.

Ordu.az Bigmir.net saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi öz “Facebook” hesabında məlumat yerləşdirib.

“Donetsk istiqamətində düşmən 82 millimetrlik minaatan və qumbaraatanlarla bizim Peskov yaxınlığımızdakı mövqelərimizi atəşə tutub”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, Azovyanı ərazilərdən də rəqib Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 82 millimetrlik minaatanlarla atəş açıb.

Ukrayna mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçi snayper gülləsi vasitəsilə öldürülüb, daha iki hərbi qulluqçu isə yaralanıb.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATO  


Bizi "telegram"da izləyin