Pakistan Rusiya və Çindən hərbi təchizatlar almağı düşünür

2018/01/received_2463709027188584_1517326880.jpeg
Oxunub: 3535     23:46     30 Yanvar 2018    
Birləşmiş Ştatlarla Pakistan arasında əlaqələr pozulmağa davam etdikcə, Asiyada yeni ittifaq oxu əmələ gəlməyə başlayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan Müdafiə Naziri Xürrəm Dəstgir Xanın sözlərinə görə, Pakistan xarici və təhlükəsizlik siyasətində regional yenilənməyə gedir.

Bu yenilənmənin bir hissəsi kimi ölkə yeni hərbi təchizatlar üçün Rusiya və Çinlə yaxınlaşır.

“Rusiya ilə daha yaxşı əlaqələrə doğru irəliləməyimiz və Çinlə olan əlaqələrin dərinləşdirməyimiz amerikalıların etdiklərinə cavabdır”, - deyə Xan bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Çin   Rusiya  


Bizi "telegram"da izləyin