“Talibanı məhv edəcəyik, etməliyik!” - Tramp

2018/01/67523478_1517305664.jpg
Oxunub: 3533     17:45     30 Yanvar 2018    
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, administrasiyası son hücumlardan sonra Talibanla danışıqlara getməyəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb.

“Onların etdikləri aktları, törətdikləri əməlləri görəndə, görəndə ki, onlar öz insanlarını öldürürlər və bu insanlar günahsız qadınlar və uşaqlardır, dəhşətə gəlirəm. Artıq Talibanla danışıqlardan söhbət gedə bilməz. Biz Talibanla danışmaq istəmirik. Onları məhv edəcəyik, etməliyik”, - deyə Tramp bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin