Tramp Əfqanıstana daha çox qoşun göndərəcək

2018/01/3457890346563485_1517300599.jpg
Oxunub: 2233     16:21     30 Yanvar 2018    
ABŞ prezidenti Donald Tramp sürətlə artan terror hücumlarına qarşı tədbriləri gücləndirmək məqsədilə Əfqanıstana əlavə qoşunlar göndərməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

ABŞ-ın yeni planına görə, hər biri 1000 nəfərdən ibarət altı Təhlükəsizlik Qüvvələrinə Dəstək Briqadası (TQDB) formalaşdırılaraq qiyamçılara qarşı əfqan əsgərlərinin yetişdirilməsi üçün bu ölkəyə göndəriləcək.

Həmin qüvvələrin komandanı polkovnik Skot Cekson sözlərinə görə, hələki TQDB özü Luizanada meşələrində təlimlərdə iştirak edir. ABŞ mətbuatı iddia edir ki, terror hücumlarının artması Tramp administrasiyasının həmin təlim periodunu böyük ölçüdə qısaltmağa məcbur edib. Polkovnikin sözlərinə görə, onları tezliklə Əfqanıstana yerləşdirmək üçün təlimlərin müddəti altı aya qədər azaldılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Tramp  


Bizi "telegram"da izləyin