KXDR hərbi parada Cənubi Koreyadan olan hərbçiləri dəvət edib?

2018/01/4567y534789534563789_1517295242.jpg
Oxunub: 3077     14:51     30 Yanvar 2018    
Koreya Xalq Ordusunun yaradılmasının ildönümü şərəfinə keçirilən hərbi parad Cənubi Koreyada keçirilən Olimpiadanın açılışı ərəfəsində baş tutacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Asahi” nəşri Seuldakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, KXDR rəhbərliyi öz lideri Kim Çen Inın adından Cənubi Koreyadan olan hərbçiləri fevralın 8-də keçiriləcək hərbi parada dəvət etməyə hazırlaşır.

Pxenyan dəvət barədə məlumatı KXDR-in ölkə xaricindəki nümayəndəliyinə göndərib. Sənəddə qeyd olunur ki, artıq məsələ ilə bağlı Seulla danışıqlar aparılır.

KİV-lərin məlumatına görə, Cənubi Koreya rəhbərliyinin nümayəndələri bu faktı inkar edirlər. Onların məlumatına görə, hətta ölkənin hərbçilərinin Pxenyanda keçiriləcək parada dəvət olunacağı halda belə, onlar iştirak etməyəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Hərbi-parad  


Bizi "telegram"da izləyin