Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəmnində bir-birinə xəsarət yetirmə halları artmaqdadır. Bu günlərdə düşmən ordusunda daha bir insident baş verib.
Ordu.az xəbər verir ki, işğal altında olan Ağdərədə yerləşən düşmən ordusunun bölmələrindən birində postda xidmət edən əsgər Aram Culadyan və Artur Manukyan arasında mübahisə baş verib.
Nəticədə dalaşan hərbi qulluqşuların hər ikisinin ağır bədən xəsarətləri aldığı bildirilir. Komandanlıq baş vermiş hadisəni hüquq mühafizə orqanlarından və ictimaiyyətdən gizlədir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
İntizamsızlıq