Ordu.az xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, pilotlar təlimin ilk mərhələsində meydançalara enmə və qalxma tapşırıqlarını yerinə yetiriblər.
Daha sonra Alagöz yüksək dağ təlim mərkəzinə uçaraq motoatıcı bölmələrlə müxtəlif tapşırıqların qarşılıqlı icarsını yerinə yetiriblər. Uçuş heyəti cütlük və qruplar halında təlim döyüş tapşırıqları yerinə yetiriblər. Şərti düşmənin zirehli texnika və canlı qüvvəsinə idarə edilməyən raket aviasiya zərbələri endiriblər.
Ermənistandakı rus hərbi bazasının aviasiya birləşməsinin praktiki çalışmalarında 10 ədəddən çox hərbi aviasiya texnikası, 100-dək pilot, bort mexanikləri və döyüş təyyarələrinə qulluq göstərən hərbi aviasiya mühəndisləri iştirak edirlər.
Mi-8AMŞT və Mi-24P vertolyotların şəxsi heyəti mürəkkəb hava və yüksək dağ şəraitində tapşırıqlar yerinə yetiriblər.
Ermənistandakı rus hərbi bazasının taktiki təlimlərinə aviasiya birləşməsinin, təminat bölmələrinin və motoatıcı bölmələrin 300 hərbi qulluqçusu, 50-dən artıq hərbi zirehli və aviasiya texnikası cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az