Qarabağ münaqişəsinin nizamlanması məsələsini Ermənistan baş naziri müzakirə etsə də, lakin müqavilələr bağlamaq hüququ Ermənistan prezidentinə (funksiyalarının məhdudlaşdırılmasına baxmayaraq) aid olaraq qalacaq.
Xüsusən Ermənistan Konstitusiyasının 146-cı maddəsi deyilir: "Hökumət dövlətin daxili və xarici siyasətlərini öz proqramına əsasən hazırlayır və həyata keçirir". Konstitusiyanın 132-ci maddəsinə görə isə: "Respublikanın Prezidenti Hökumətin təklifi ilə beynəlxalq müqavilələr bağlayır".
Nəticədə, erməni baş nazir Qarabağ danışıqlarında Ermənistan üçün əlverişsiz seçimilə razılaşasa belə, müqavilə prezident tərəfindən bağlanacaq.
Burada Serj Sarkisyanın 2015-ci ilin dekabrında prezident və parlamentin böyük əksəriyyəti arasında siyasi qarşıdurma ehtimalına toxunaraq səsləndirdiyi sözləri xatırlatmaq məqsədəuyğundur. "Yəni, Raffi Hovhannisyan Azərbaycana müharibə elan etsin və təhlükəsizliyi Serj Sarkisyan təmin etsin? Bu məntiqsizdir".
Bu baxımdan Ermənistanda yazda yaranacaq vəziyyət də eyni cür məntiqsizdir.
Alpər Mövludoğlu
Ordu.az