Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlar nəticəsində altısı komandir olmaqla ümumilikdə 95 terrorçu məhv edilib.
SQQ-nin artilleriya dəstələri və Suriya HHQ-nin birlikdə həyata keçirdiyi əməliyyatlarda terrorçuların Həmadakı mövqelərinə ağır zərbələr endirilib.
Zərbələr terrorçuları böyük itkilərə məruz qoymaqla yanaşı, bir tədarük kanalının dağıdılması ilə nəticələnib.
Ağalar Ağalarlı
Ordu.az