Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı çərçivəsində həyata keçirilir.
Təlimlərə Gürcüstanla yanaşı Latviya, Polşa və Ermənistandan olan əsgərlər də iştirak ediblər. Təlimlər bu gün başlayıb və proqrama uyğun olaraq fevralın 2-də başa çatacaq.
Hərbi qulluqçular təlim zamanı çətin hava şəraitində və qar uçqunu olduqda itən insanları necə axtarmaq lazım olduğu və evakuasiyanın texniki metodlarını da öyrənəcəklər. Kurs Saçxere Dağ Təlim Məktəbinin təlimçiləri tərəfindən aparılır. Kursun sonunda imtahanlar aparılacaq, iştirakçılara sertifikatlar, döş nişanları təqdim olunacaq.
Ağalar Ağalarlı
Ordu.az