Tramp Norveçə yalnız “Call of Duty” oyununda olan qırıcıları “satıb” - VİDEO
Oxunub: 2812
20:48
12 Yanvar 2018
ABŞ prezidenti Donald Tramp Norveçə 5-ci nəsil F-52 qırıcılarının satıldığını bildirməklə səhvə yol verib.
Ordu.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu qırıcılar yalnız “Call of Duty: Advanced Warfare” kompüter oyununda mövcuddur.
“Noyabrda biz ilk F-52 və F-35-lərin Norveçə satışına başlamışıq”, - deyə Tramp Norveç baş naziri Erna Sulberqlə görüş çərçivəsində qetd edib.
Tramp bu məlumatları qarşısındakı kağızdan oxuduğunu və ABŞ-ın Norveçə 52 ədəd qırıcı satacağını nəzərə alsaq, ABŞ liderinin qarışıqlığa düşdüyünü və səhvə yol verdiyi iddia etmək olar.