Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa qırıcıları öz fəaliyyətini ABŞ təyyarə daşıyıcısında davam etdirəcək.
“George H.W. Bush” təyyarə daşıyıcısı “Dassault Rafale M.” Qırıcılarını qəbul edəcək.
Fransız təyyarələrinin Amerika təyyarə daşıyıcısına aprel-may aylarında yerləşdirilməsi planlaşdırılır.
“George H.W. Bush” təyyarə daşıyıcısının göyərtəsinə 350 fransız əsgəri və hələ açıqlanmayan sayda qırıcı yerləşdiriləcək.
Ağalar Qəribov
Ordu.az