Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi aviasiyasının yerdəyişməsini mütəmadi olaraq izləyən Böyük Britaniya saytları məlumat yayıb.
Bildirilir ki, son göndərilən təyyarənin gövdə nömrəsi 61-0005, adı isə MYTEE54-dür.
Bununla da Böyük Britaniya aviabazalarına son 2 gün ərzində dörd ədəd B-52H yerləşdirilib.
Hətta strateji bombardmançılar Baltik dənizinin cənubunda və Almaniyada təlimlərdə iştirak edib, bu yaxınlarda Rusiya sərhədləri yaxınlarında da uçuşların həyata keçiriləcəyi gözlənilir.
Ağalar Qəribov
Ordu.az