İsrail müdafiə büdcəsinin artırılması araşdırılacaq

2018/01/620058015831976640360no3454_1515686127.jpg
Oxunub: 2489     00:01     12 Yanvar 2018    
Liberman və Kahlon müdafiə büdcəsindəki artımı təftiş etmək üçün komanda yaradılmasına razılaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail müdafiə naziri Aviqdor Liberman və maliyyə naziri Moşe Kahlon dövlət büdcəsindən müdafiə xərclərinə daha çox vəsaitin tələb olunmasını araşdırmaq üçün təftiş qrupunun formalaşdırılmasına razılaşıblar.

Qrup sonda gəldiyi nəticələri Təhlükəsizlik Kabinetinə təqdim edəcək. Həmçinin nazirlər 2018-ci ildə şimal ərazilərdə binaların möhkəmləndirilməsi və qorunması üçün 150 milyon şekelin ayrılması üzrə də razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Liberman   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin