Türkiyə 2018-ci ildə 43 min yeni hərbi personal işə götürəcək

2018/01/456_1515668368.jpg
Oxunub: 569     14:54     11 Yanvar 2018    
Türkiyə Silahlı Qüvvələri (TSQ) 2016-cı il çevriliş cəhdindən görə 8000-dən çox heyətin işdən çıxarılması və həbs olunmasından sonra yaranan boşluqları doldurmaq və cari ehtiyacları qarşılamaq üçün 2018-ci ildə 43000 yeni hərbi personal işə götürəcək.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Ankarada mətbuat konfransında iştirak edən Türkiyə müdafiə naziri Nurəddin Canıkli bildirib.

Onun sözlərinə görə, TSQ-nin tədris və məşğulluq sistemi uğursuz çevriliş cəhdindən sonra yenidən işlənilib. TSQ cari ehtiyacları qarşılamaq üçün 9700-dən çox personalı işlə təmin edəcək. Bunların 3761-i zabit, 5992-si isə gizir olacaq.

2017-ci ildə Türkiyə Quru Qüvvələri üçün 855 zabit və 1518 gizir, Hərbi Dəniz Qüvvələri üçün 226 zabit və 704 gizir, Hərbi Hava Qüvvələri üçün 527 zabit və 1127 gizir, Xüsusi Təyinatlı Qüvvələr üçün isə 155 zabit və 250 gizir işə götürülüb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: TSQ   Türkiyə  

Xəbər lenti

Türkiyə 2018-ci ildə 43 min yeni hərbi personal işə götürəcək

2018/01/456_1515668368.jpg
Oxunub: 570     14:54     11 Yanvar 2018    