Pentaqon: Ukraynanı TOW kompleksləri ilə təchiz etməyəcəyik

2018/01/1345345_1515660926.jpg
Oxunub: 2257     17:22     11 Yanvar 2018    
“Ukraynaya raket əleyhinə TOW komplekslərinin satılmasını planlaşdırmırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidmətinin nümayəndəsi Conni Maykl bəyan edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bu yaxınlarda ABŞ-dan “Javelin” yox, TOW kompleksləri almaq istədiklərini bəyan edib. Bununla da Ukrayna komandanlığı “Azov” polkunun artıq “Javelin”lərdən istifadə etməsi faktını təkzib etməyə çalışıb.

Xatırladaq ki, “Azov” polkunun rəsmi saytına əllərində “Javelin” kompleksi olan hərbçilərin şəkli yerləşdirilib, lakin əsasən Rusiya KİV-lərinin Ukrayna ordusunun artıq ABŞ kompleksləri ilə təchiz edilməsi barədə məlumatlar dərc etməsindən sonra şəkil silinib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   TOW  


Bizi "telegram"da izləyin