Yaponiya-Çin ərazi mübahisəsi yenidən gündəmə gəlib

2018/01/131125121509-china-sea-air-defense-map-story-top456_1515660624.jpg
Oxunub: 546     13:08     11 Yanvar 2018    
Yaponiya Şərqi Çin dənizindəki mübahisəli adaların yaxınlığında Çin hərbi gəmisinin aşkar olunmasından sonra Çini ikitərəfli əlaqələrin inkişafına əngəl olacaq əməllərdən üz döndərməyə çağırıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Çin freqatı Yaponiyada Senkaku, Çində isə Diaoyu adlandırılan adaların ətrafındakı yapon ərazisinə bitişik sularda müşahidə edilsə də, Yaponiyanın su ərazisinə daxil olmayıb.

“Biz şiddətlə Çini güclənməkdə olan ikitərəfli əlaqələrə mənfi təsir edəcək əməllər törətməməyə çağırırıq”, - deyə Baş Nazirinin Müavini Yoşida Suqa bildirib.

Eyni zamanda Yaponiya XİN-in Asiya və Okeaniya İşlər Bürosunun rəhbəri Kenci Kanasuqi də Çinin Yaponiyadakı səfiri Çenq Yonqu XİN-ə dəvət edərək hadisə haqda dərin narahatlığını ifadə edib.

Səfir isə Çinin adalarla bağlı mövqeyini təkrarlayaraq etiraza cavab verib. Çin Yaponiyanın bu tipli patrul gəzintilərini qınamasını rədd edərək Çin gəmilərinin Çinin ərazi sularında hərəkət etməyə haqqı olduğunu deyib.

Qeyd edək ki, Yaponiya və Çin uzun müddətdir ki, kiçik və məskunlaşmamış adalar üzərində mübahisə edirlər. Adalar faktiki olaraq Yaponiya tərəfindən idarə edilsə də, eyni zamanda Çin də bu ərazilərə iddia edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Çin  

Xəbər lenti

Yaponiya-Çin ərazi mübahisəsi yenidən gündəmə gəlib

2018/01/131125121509-china-sea-air-defense-map-story-top456_1515660624.jpg
Oxunub: 547     13:08     11 Yanvar 2018    