Ordu.az “Tribun Lampung” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Anoa” zirehli transportyorlarının istehsal edildiyi “PT Pindad” hərbi sənaye birliyinin rəhbəri Abraham Mose bəyan edib.
Onun sözlərinə görə, bu maşınlar Mərkəzi Afrika Respublikasında BMT-nin həyata keçirdiyi MİNUSCA əməliyyatı üçün hazırlanıb.
“Şirkətimiz ümumilikdə BMT-tə MİNUSCA, Sudanda həyata keçirlən UNAMID və Livandakı UNIFIL əməliyyatları üçün 80 zirehli transportyor təhvil verib”, - deyə Mose bildirib.
Qeyd edək ki, “Anoa” maşınlarının BMT qüvvələrinə satılması onların ilk əhəmiyyətli satış faktıdır və buna qədər onlar yalnız İndoneziya daxilində istifadə olunmaq üçün istehsal edilirdi.
Ağalar Qəribov
Ordu.az