Ordu.az xəbər verir ki, UNİCEF-in hesabatına görə 2017-ci ildə 2100 uşaq ailələrindən alınaraq Əl-Husi siyasi və dini fəlsəfi təlimi üzrə yetişdirilib.
Hesabatda bildirilir ki, bu təlimlərdən sonra “azadlıq döyüşçüləri”nə qoşulmaq üçün uşaqlara kalaşnikovlar paylanılır.
“Əl-Husinin Yəmənin qanuni hökumətini devirməsindən sonra keçən 3 il ərzində aydın olan gerçək bundan ibarətdir ki, bu gedişlə Yəməndə xaos, zorakılıq və əzab heç vaxt bitməyəcək. Uşaqların müharibədə istifadə edilməsini qadağan edən protokollara məhəl qoymurlar”, - deyə hesabatda bildirilib.
Ağalar Ağalarlı
Ordu.az