ABŞ A-10 təyyarələrinin uçuşlarını niyə dayandırdı? - AW

2018/01/a-10_big_072345345_1515655542.jpg
Oxunub: 353     11:23     11 Yanvar 2018    
ABŞ Hərbi Hava Qüvvələri A-10 “Thunderbolt II” hücumçu qırıclarının uçuşlarını dayandırmaq barədə qərar qəbul edib.

Ordu.az “Aviation Week” nəşrinə istinadən xəbər verir ki, son dövrlərdə A-10 “Thunderbolt II” hücumçu qırıclarının pilotlarının səhhətinin pisləşməsi ilə bağlı məlumatlar ABŞ KİV-lərində xeyli sayda məlumat dərc olunub.

Bu qırıcılar 1975-1984-cü illərdə Birləşmiş Ştatlarda istehsal olunub. Həmin müddət ərzində 700-dən çox belə təyyarənin istehsalı edildiyi bildirilir.

ABŞ KİV-lərində A-10 hücumçularının pilotlarda hipoksiya və digər kimi problemlər yaratmasına dair müxtəlif iddialar irəli sürülür. Buna səbəb olaraq isə LOX maye halında olan oksigennin ötürülməsi sistemində qüsurların olması göstərilir.

Uçuş zamanı təyyarənin kabinəsində təzyiq böyük ölçüdə aşağı düşür, nəticədə nəfəs alma ilə bağlı problemlər yaranır.

Qeyd edək ki, qırıcılar üzərində işlər həyata keçirən ekspertlər bu hadisənin səbəbini müəyyən edə bilməyiblər.

Məhz bu səbəbdən Hərbi Hava Qüvvələrinin komandanlığı A-10 “Thunderbolt II” hücumçularından istifadəni dayandırmaq qənaətinə gəlib. Bununla belə, hazırda ABŞ HHQ-nin aviabazalarında 30-a yaxın A-10 qırıcısı müxtəlif missiya və əməliyyatların həyat keçirilməsində iştirak edir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   A-10  

Xəbər lenti

ABŞ A-10 təyyarələrinin uçuşlarını niyə dayandırdı? - AW

2018/01/a-10_big_072345345_1515655542.jpg
Oxunub: 354     11:23     11 Yanvar 2018    