Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.
Pensə yanvarın 20-də Misirə həyata keçirəcəyi səfər zamanı prezident əs-Sisi ilə danışıqlar çərçivəsində hərbi-iqtisadi yardımın məhdudlaşdırılması məsələsinə toxunub-toxunmayacağı ilə bağlı sual ünvanlanıb, o isə cavabında “Hesab edirəm ki, Misirə göstərdiyimiz dəstək ikitərəfli əlaqələrimizin əsas amilidir. Lakin mənim əsas hədəfim Birləşmiş Ştatlar və Misir arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişafını təmin etməkdən ibarətdir”, - deyə bildirib.
Qeyd edək ki, ABŞ 1979-cu ildən etibarən Misirə hərbi-iqtisadi yardım göstərir. Lakin bunun üçün ABŞ Qahirəyə onların insan hüquqları müdafiəsi sahəsində aktiv fəaliyyət göstərməyi tələb edir.
Ağalar Qəribov
Ordu.az