Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, hətta ingilisdilli “Vikipediya”da belə Eşlinin adına səhifə mövcud deyil.
General-leytenant Robert P. Eşli 3 oktyabr 2017-ci ildə Hərbi Kəşfiyyat Agentliyinin direktoru təyin edildi. Bundan öncə o, qərargah rəisinin müavini olub, həmçinin ordu nazirinin kəşfiyyat, kontrkəşfiyyat, o cümlədən təhlükəsizlik məsələləri üzrə baş müşaviri olub.
Robert Eşli əslən kəşfiyyatçı olan və uzun xidmət siyahısına malik kəşfiyyat zabitidir. O, öz xidmətini Fort-Breqqdə, Fort-Qordonda və Türkiyənin İzmir şəhərində keçib. Bosniya və Herseqovinada keçirilən “Birgə dəmirçi”, Əfqanıstanda keçirilən “İraq azadlığı” və “Sarsılmaz azadlıq” əməliyyatlarında iştirak edib.
General-leytenat İraq və Əfqanıstanda döyüş tapşırıqlarını yerinə yetirərək 206-cı hərbi kəşfiyyat batalyonuna, kəşfiyyat eskadrilyasına və 525-ci hava-desant briqadasına rəhbərlik edirdi.
Eşlinin karyera siyahısında ABŞ Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının kəşfiyyat direktoru, ABŞ Mərkəzi Komandanlığının kəşfiyyat rəhbəri, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin kəşfiyyat direktoru, AŞB ordusunun Kəşfiyyat Mərkəzinin komandanı kimi vəzifələr də var.
General-leytenant Eşli plitologiya sahəsində incəsənət üzrə bakalavr, strateji kəşfiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Onun döyüş mükafatları qismində “Şərəf legionu” ordeni, “Əla xidmətə görə” və “Bürünc ulduz” medalları var.
Robert Eşli və həyat yoldaşı Barbaranın iki oğlu var – Şon (artıq ailəlidir) və Castin.
Ağalar Qəribov
Ordu.az