Donbasda şiddətli döyüşlər davam edir - 3 ölü, 4 yaralı

2018/01/thumb456456_1515651671.jpg
Oxunub: 3859     14:11     11 Yanvar 2018    
Geridə qalan gün ərzində separatçı bölgələr Donbasda təmas xəttində atəşkəsi 7 dəfə pozublar, döyüşlər çərçivəsində 3 Ukrayna hərbi qulluqçusu həlak olub, daha 3-ü isə yaralanıb.

Ordu.az Gordonua.com saytına istinadən xəbər verir ki, bu barədə bu gün ATO qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Donetsk istiqamətində Verxnetoretskiy mövqeyi yaxınlığında və “Butovka” şaxtası ərazisindən Ukrayna ordusunun mövqeləri qumbaraatanlar, pulemyotlar və minaatanlarla atəşə tutulub.

Luqansk istiqamətində də Novoluqansk və Troitskiy yaşayış məntəqələri minaatan və pulemyotlarla güclü atəşə məruz qalıb.

Xatırladaq ki, Ukraynanın şərqindəki silahlı münaqişə 2014-cü ilin aprel ayında başlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Atəşkəs  


Bizi "telegram"da izləyin