Ordu.az “İraqinews” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusu məlumat yayıb.
“Qoşunlar İŞİD-in İmam Qərbi və Xanus kəndlərinə etdiyi hücumun qarşısını müvəffəqiyyətlə alıb. 12 terrorçunun məhv edilməsi ilə yanaşı, terrorçuların bütün silah-sursatı müsadirə olunub”, - deyə məlumatda bildirilib.
Əlavə olaraq qeyd olunub ki, hücumdan sonra adı çəkilən iki kənddə genişmiqyaslı axtarış əməliyyatlarına başlanılıb.
Ağalar Ağalarlı
Ordu.az