Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu bəyan edib.
“Ötən il Rusiya və İranla birgə imzaladığımız razılaşmaya uyğun olaraq onlar öz öhdəliklərinin yerinə yetirərək Suriya Quru Qoşunlarının “İdlib” deeskalyasiya zonasına daxil olmasının qarşısını almalıdır”, - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, İdlibdə təxminən 3 milyon insan var. Suriyanın digər regionlarından evlərini itirərək buraya pənah gətirən dinc sankinlər və qoşunların köçürülməsi nəticəsində əhalinin sayı xeyli artıb.
Ağalar Qərobov
Ordu.az