2008-ci ildən ABŞ-da ştatdankənar raket daşıyıcılarının buraxılması - DOSYE

2018/01/4628029345345_1515585488.jpg
Oxunub: 614     15:56     10 Yanvar 2018    
9 yanvar 2018-ci ildə məlum oldu ki, bir gün öncə - 8 yanvar 2018-ci il tarixİNdə Amerikanın “SpaceX” şirkəti tərəfindən “Falcon 9” raket daşıyıcısı “Zmuma” adlı hərbi peyki orbitə çatdıra bilməyib.

“Reuters” agentliyinin xəbər verdiyi kimi, kosmik aparat zamanında ya raketin ikinci pilləsindən ayrıla bilməyib, ya da kosmosda dağılıb. Həmçinin orbitə çatmadan okeana düşərək dağılması versiyası da səsləndirilir.

Raket daşıyıcısının buraxılışı ABŞ Hərbi Hava Qüvvələrinin Florida ştatında yerləşən Kanaveral burnundakı bazasından həyata keçirilib.

Ordu.az saytı 2008-ci ildən bəri Amerika raket daşıyıcılarının qəza və uğursuzluqla nəticələnən buraxılışlarının xronologiyasını təqdim edir.

Son 10 il ərzində ABŞ raket daşıyıcılarının ştatdankənar 7 buraxılışı baş tutub. “Atlas V” (“Lockhheed Martin” tərəfindən istehsal olunub), SPARK, həmçinin “Orbital ATK” və “SpaceX” şirkətlərinin raket daşıyıcıları ilə fövqəladə hallar baş verib.

O cümlədən 2016-cı ildə buraxılışdan öncəki sınaqlar çərçivəsində peyk quraşdırlmış “Falcon 9” partlayıb. Nəticədə kiçik aparatlar və iki kosmik gəmi – “Cygnus” və “Dragon” daxil olmaqla 31 peyk itirilib.

3 avqust 2008-ci ildə Sakit okeandakı Omelek adasında buraxılan “Falcon 1” raket daşıyıcısı qəzaya uğrayıb. Uçuş ştat rejimində başlayıb, lakin ayrılmamış birinci pillənin mühərriki işə düşməyib və o, raketin ikinci pilləsinə çırpılıb. İki Malaziya peyki, Amerika kosmik aparatı və özlərini kosmosda dəfn etmək barədə vəsiyyət vermiş astronavt Qordon Kuper və aktyor Ceyms Duhan daxil olmaqla yüzlərlə insanın külü məhv oldu.

24 fevral 2009-cu ildə ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından həyata keçirilən qəza buraxılışı zamanı “Taurus-XL” raketi ilə buraxılan “Orbiting Carbon Observatory” elmi peyki məhv olub. Aparat özünün yuxarı pilləsindən ayrıla bilməyib və raket atmosferdə yanıb.

4 mart 2011-ci ildə Vandenberq bazasından uçuşa başlayan növbəti “Taurus-XL” raketi qəzaya uğrayıb. Raket Sakit okeanın cənub hissəsinə düşüb. Nəticədə bir ədəd “Glory” peyki və onunla birlikdə buraxılan “KySat-1”, “Hermes” və “Explorer-1” kosmik aparatları məhv olub.

8 oktyabr 2012-ci ildə Kanaveral aerodromundan kosmosa qalxan “Falcon 9” “Orbcomm OG2” rabitə peykinin orbitə qaldıra bilməyib. Lakin əsas yük – “Dragon” yük gəmisi kosmosa çıxaraq Beynəlxalq Kosmik Stansiya ilə toqquşub.

28 oktyabr 2014-cü ildə Atlantik okeanında yerləşən Uollops adasında “Antares 130” raketinin qəza buraxılışı nəticəsində Beynəlxalq Kosmik Stansiya üçün yüklər aparan “Cygnus” kosmik gəmisi itirilib. Heç kəs xəsarət almayıb, lakin start kompleksi zədələnib. 2015-ci ilin oktyabrında NASA bəyan edib ki, qəzanın səbəbi ilk pillənin AJ-26 mühərrikində yaranan partlayış olub. Qeyd edək ki, AJ-269 Sovet istehsalı olan NK-33 mühərrikinin modernləşdirilmiş versiyasıdır.
28 iyun 2015-ci ildə Kanareval burnundan başlanğıc götürən “Falcon 9” raketi uçuşun 139-cu saniyəsində qəzaya uğrayıb, qırıntılar isə Atlantik okeanına tökülüb. Nəticədə Beynəlxalq Kosmik Stansiya üçün yüklər daşıyan “Dragon” kosmik gəmisi və 8 ədəd “Flock 1f” peyki itirilib. Qəzanın səbəbi sıxılmış helium ilə dolu balonu saxlayan kəmərin partlayışı olub. Raketdən ayrılan balon raketə çırpılıb ki, nəticədə də partlayış baş verib. “SpaceX” şirkəti qəzanın səbəbini raketin konstruksiyasına dəyişiklik edilməsi ilə əlaqələndirib.

4 noyabr 2015-ci ildə Sakit okeanda – Havay adalarında yerləşən “Barkinq Sendz” raket poliqonundan buraxılan SPARK raketinin ilk uçuşu uğursuzluqla tamamlanıb. Raket yerdən ayrıldıqdan bir dəqiqə sonra idarəolunmaz fırlanma rejiminə keçib. Nəticədə kursdan kənara çıxan raket qəzaya uğrayıb. Qəza 13 kiçik peykin məhv olması ilə nəticələnib.

1 sentyabr 2016-cı ildə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı başlanğıc öncəsi sınaqlar zamanı “SpaceX” raketi ilə fövqəladə hal verib. Bu hadisədən 2 gün öncə isə “Falcon 9” raketi yanacaq doldurulan zaman partlayıb. Lakin hadisələr nəticəsində xəsarət alan olmayıb. Raket və ona quraşdırılan “Amos-6” rabitə peyki dağılıb, həmçinin buraxılış meydançası xəsarət alıb. “SpaceX” mütəxəssisləri bu qənaətə gəliblər ki, partlayışın səbəbi raketin ikinci pilləsində maye halında olan oksigenlə dolu rezervura helium balonlarından birinin çırpılması olub.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Raket-daşıyıcıları  

Xəbər lenti

2008-ci ildən ABŞ-da ştatdankənar raket daşıyıcılarının buraxılması - DOSYE

2018/01/4628029345345_1515585488.jpg
Oxunub: 615     15:56     10 Yanvar 2018    