Səfir: “İraqdakı ABŞ qoşunları mərhələli olaraq azaldılacaq”

2018/01/_8673a834-7bf1-11e7-a713-31f90463e8eb34534_1515584926.jpg
Oxunub: 4243     19:47     10 Yanvar 2018    
ABŞ-ın İraqdakı hərbi varlığı tövsiyyə xarakteri daşıyır və mərhələli şəkildə azaldılacaq.

Ordu.az “İraqinews” informasiya agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın İraqdakı səfiri Duqlas Silliman səsləndirib.

Səfirlikdə təşkil edilən mətbuat konfransında jurnalistlərlə görüşən səfir bildirib ki, başda Anbar vilayətində İraq qoşunları ilə koordinasiya şəklində çalışan qüvvələr olmaqla ABŞ-ın İraqdakı qoşunlarının sayı artıq azaldılıb və bu azalma qarşıdakı aylarda da davam edəcək.

Səfir qeyd edib ki, ABŞ-ın İraqdakı azad etmə, minadan təmizləmə və digər təhlükəsizlik məsələləri üzrə hərbi xərcləri 112 milyon dollar olub. Bu məbləğə ABŞ-ın UNDP çərçivəsində xərclədiyi vəsait daxil deyil.

Xatırladaq ki, noyabr ayında Pentaqon İraqda 8000 ABŞ əsgərinin olduğunu açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin