“Lockheed Martin” “Eurofighter Typhon” qırıcılarına Snayper Advanced Targeting Podların (ATP) quraşdırılması ilə bağlı yeni sifariş alıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin özü məlumat verib.
Müqavilə şirkətin “Eurofighter” partnyoru “Leonardo” ilə imzalanıb. Müqavilə çərçivəsində “Lockheed Martin” Küveyt Hərbi Hava Qüvvələrinin “Eurofighter typhon” qırıcılarına logistik dəstək verməklə yanaşı, 18 ədəd ATP-nin çatdırılmasını təmin edəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Lockheed-Martin
Leonardo