Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Silahlı Qüvvələrin rəsmi qəzeti olan “Army Daily” yazıb.
Bildirilir ki, Çin silahlı qüvvələrinin DF-11 və ya DF-16 raketləri 373-625 mil mənzilə malikdir. Raketlərin müxtəlif yerlərdə bir neçə dəfə sınaqdan keçirildiyi qeyd olunsa da, məkanlar haqda dəqiq məlumat verilməyib.
İlk dəfə 2015-ci ildə hərbi parad zamanı nümayiş etdirilən DF-16 qanadlı raketlər qədər dəqiqliyə malikdir və eyni zamanda 3 nüvə başlığı daşıya bilir. Bu növ silah Tayvan, yapon adalarını, Filippini və ABŞ donanmasının Okinavadakı bazasını vurmağa qadirdir.
Çinin ən güclü raketlərindən ABŞ ərazisini vura bildiyinə görə “Quam qatili” kimi tanınan DF-26 ortamənzilli raketlər və təxminən 870 mil uça bilən DF-17 səsdən sürətli ballistik raketi aşkar olunmadan yayınmaq üçün sürətli və sakit uçmaq imkanına malikdir.
Ağalar Ağalarlı
Ordu.az