Türkiyəli pilotlar Cənubi Koreyaya göndəriləcək

2018/01/234234_1515575808.jpeg
Oxunub: 2111     17:43     10 Yanvar 2018    
Cənubi Koreya hərbi hava qüvvələrinin rəhbəri müdafiə sahəsində ortaq əməkdaşlığın gücləndirilməsi və Seulun silah ixracına dəstək vermə məqsədilə yaxın günlərdə Türkiyə və İndoneziyaya səfər edəcək.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya HHQ-dən məlumat verilib.

Qeyd olunur ki, hər iki dövlət uzun müddətdir ki, Cənubi Koreya hərbi partnyorudur. Məlumatda bildirilir ki, Cənubi Koreya HHQ-nin komandiri general Li Vanq-kin Ankarada Türkiyə Baş Qərargah rəisi general Hulusi Akar və Türkiyə HHQ-nin komandiri Həsən Kiçikağüzlə görüşəcək.

Li burada 2010-cu ildən etibarən Türkiyəyə satılan Cənubi Koreya KT-1 təlim qırıcıları haqqında rəyləri öyrəndikdən sonra Türkiyə pilotlarının Cənubi Koreyada yetişdirilməsini müzakirəyə qoyacaq. Qeyd edək ki, Türkiyə Koreya müharibəsi zamanı göstərdiyi köməyə görə Cənubi Koreyada qardaş ölkə kimi tanınır.

Li Vanq-kin daha sonra İndoneziyaya gedəcək. O, burada isə öz həmkarı Hadi Cahcantu ilə müdafiə sənayesi üzrə gələcək əməkdaşlığı müzakirə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Türkiyəli-pilotlar  


Bizi "telegram"da izləyin