ABŞ generalı: “Müharibəyə hazırlıq haqda bir daha düşünün”

2018/01/345345_1515571661.jpg
Oxunub: 3798     16:07     10 Yanvar 2018    
“Milli Qvardiyanın rəhbərləri öz qoşunlarının yeni müharibəyə hazırlığını təmin etməlidirlər. Çünki bu müharibənin nə vaxt və harda baş verməsindən asılı olmayaraq, döyüşmək və onu qazanmaq üçün bütün qüvvələr səfərbər olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Ordu Milli Qvardiyasının komandirlərinin Arkanzasdakı konfransına toplaşan 400-dən çox ordu rəhbəri qarşısında çıxış edən ABŞ ordusunun logistika rəhbəri general Qus Perna bildirib.

“Əgər elə bu gecə zəng gəlsə siz öz sursatlarınızı anbarlarınızdan limana gedən qatara apara bilərsiniz? Sizin avadanlığınız başqa bir limana gedəcək. Siz ordan onu götürəcək və döyüşə aparacaqsınız”, - deyə Perna bildirib.

Perna əlavə edib ki, ordu liderləri hesabatlardansa, öz tabeliklərində olan strukturlarının ümumi ordunun vəziyyətinə verdiyi qatqıya fokuslanmalıdırlar:

“Mən alayların hazırlığı ilə bağlı hesabatlardansa, əsas məzmuna köklənirəm. Hesabatlar yanıldıcı ola bilər. Tutaq ki, kofe hazırlamaq üçün 10 addımı yerinə yetirməlisiniz və siz 9-nu artıq bitirmisiniz. Bu 90% deməkdir. Lakin nəticə etibarilə siz hal-hazırda kofe içə bilirsiniz? Xeyr”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin