Ordu.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət və onların yayılmasının qarşısının alınması üzrə keçmiş baş direktoru Con Vulfstal bəyan edib.
Yeni döyüş başlıqları ilə “Trident D5” sualtı bazalı raketlərinin təchiz edilməsi gözlənilir.
“Vaşinqtonun məqsədi Şərqi Avropada münaqişə baş verəcəyi halda Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almaqdır”, - deyə Vulfstal bu barədə ABŞ-ın son nüvə strategiyasının qaralama versiyasına istinadən bildirir.
Yekun sənədin yanvarın sonunda təqdim edilməsi gözlənilir.
Vulfstal qeyd edir ki, ilkin versiyalar çox sərt idi, lakin son versiya hələ də pis olaraq qalır. Onun fikrincə, yeni strategiyanın müəlliflərinin məqsədi Rusiya, Şimali Koreya və Çinin qarşısını almaqdan ibarətdir.
Ağalar Qəribov
Ordu.az