
xarici KİV-lərə istinadən xəbər verir ki, Səudiyyənin məlum təkzibindən sonra husilər təyyarənin onlar tərəfindən vurulduğunu təsdiqləmək üçün vidogörüntü nümayiş etdiriblər.
Məlumata görə, qırıcının hər iki pilotu təyyarə yerə çırpılmazdan öncə kabinəni tərk etməyə müvəffəq olublar. Pilotlar koalisiya qüvvələri tərəfindən sağ-salamat tapılıb.
İnfraqırmızı görüntülər vurulduğu iddia edilən təyyarəni göstərir
Təyyarənin iki dəfə yayındırıcı hədəf atdığı görünür
Təyyarənin sanki yer-hava raketilə vurulduğu an
Qiyamçılar iddia edir ki, vilayətin şimalında uçan təyyarə onlar tərəfindən vurulub.
Ağalar Ağalarlı