Pentaqon İraqda ölən əsgərin şəxsiyyətini müəyyən edib

2018/01/us_soldier_iraq_630653280345345_1515567918.jpg
Oxunub: 2795     15:04     10 Yanvar 2018    
Pentaqon İŞİD-ə qarşı vuruşan koalisiya qüvvələrinə dəstək verən, bu həftənin əvvəlində həlak olan əsgərin şəxsiyyətini müəyyən edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqonun açıqlamasına görə ölən əsgər Cənubi Karolinadan olan Ceyvon Şavonte Sullivandır.

O yanvarın 8-də İraqın Anbar vilayətində döyüşsüz şəraitdə həlak olub. Lakin Pentaqon ölümün səbəbələri haqda məlumat verməyib.

Sulivanın ölümü koalisiya qüvvələri üçün 2018-ci ildə ilkdir. Bu vaxta qədər koalisiya qüvvələrinə dəstək verən 47 ABŞ qulluqçusu həlak olub. Bunların sadəcə 13-ü döyüş zamanı baş verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İraq  


Bizi "telegram"da izləyin