Ordu.az “Daily Beast” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasından olan adı açıqlanmayan mənbələr məlumat yayıb.
“Trampın hakimiyyətinin əvvəllərində Ağ Ev Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəsi nümayəndəsi Amerika qoşunlarının böyük hissəsini Rusiya prezidenti Vladimir Putinlə yeni münasibətlər yaratmaq təşəbbüsü ilə geri çəkməyi təklif edib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, həmin vəzifəli şəxs Trampın strateji planlaşdırma üzrə köməkçisinin müavini Kevin Harrinqton olub və bu təşəbbüs fevral ayında – Trampın prezident kürsüsünə əyləşməsindən təxminən 1 ay sonra irəli sürülüb.
Ağ Ev hələ ki, ABŞ KİV-lərinin bu məlumatlarına şərh verməyib.
Ağalar Qəribov
Ordu.az