Rusiya MN: Hmeymim və Tartusa hücum edən dronlar İdlibdən göndərilib

2018/01/1515094935_3453450_1515563041.jpg
Oxunub: 3723     13:41     10 Yanvar 2018    
Yanvarın 6-da Rusiyanın Suriyanın Hmeymim və Tartus ərazilərində yerləşən hərbi obyektlərinə hücum edən PUA-lar “İdlib” deeskalyasiya zonasından buraxılıb.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dronların buraxılması “İdlib” deeskalyasiya zonasının cənub-qərbində yerləşən və mötədil müxalifət qüvvələri tərəfindən nəzarət olunan Müəzzər yaşayış məntəqəsindən həyata keçirilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bununla əlaqədar olaraq Rusiya Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Hulusi Akar və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidana məktub göndərib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   PUA   Hmeymim  


Bizi "telegram"da izləyin