Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin iki bombardmançısı “Ferford” aviabazasına, üçüncü “strateq” isə “Mildenholl” aerodromunda eniş edib.
Üçüncü bombardmançının ehtiyat aerodroma göndərilməsinin səbəbi Redford rayonu ərazisində havanın əlverişsiz şəraiti olub.
Britaniyadakı aviabazalarda eniş edən təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin 5-ci bombardmançı qanadına aiddir. Bu təyyarələrin bazası isə Şimali Dokota ştatında – Maynot şəhərində yerləşir.
Qeyd edək ki, Pentaqon öz strateji bombardmançılarının Avropaya göndərilməsini şərh etməyib.
Ağalar Qəribov
Ordu.az