Ordu.az Gearmix.ru saytına istinadən xəbər verir ki, “BAE Systems” şirkəti M109A7 özüyeriyən haubitsasının tammiqyaslı versiyası və M992A3 döyüş sursatlarının daşınması üçün nəqliyyat vasitəsinin istehsalı üzrə 1,7 milyard dollarlıq müqavilə imzalayıb.
Yeni haubitsa və nəqliyyat vasitəsinin ordunun irimiqyaslı formada müasirləşdirilməsi məqsədilə həyata keçirilən işlərin tərkib hissəsi olaraq qiymətləndirilir və onlar ölümcül atəş gücünə malik olmaqla Rusiya Federasiyasının artilleriyasında mövcud olan silahları xatırladır.
70 kilometrlikməsafədə hədəfləri vurmağa qadir topun yaradılması ABŞ Silahlı Qüvvələri üçün bu sinif silahlar sahəsində ən böyük addım olacaq.
Qeyd edək ki, daha öncə ABŞ ordusunda ən uzaq məsafədə döyüş aparmağa qadir sistemlər “Excalibur” olub. Onlar təxminən 30 kilometr məsafədə yerləşən hədəfləri vura bilirdi.
Ordu.az