Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sarkisyan yaxın ətrafının Vigen Sarkisyandan narazı olduğunu bildirilir.
Hakimiyyətə yaxın mənbənin sözlərinə görə, Vigen Sarkisyan müdafiə naziri postunda özünü doğrulda bilməyib. Ermənistan hakimiyyətinin yuxarı təbəqəsində aprelin 9-dan sonra müdafiə nazirinin xarici işlər postuna təyinatı məsələsi müzakirə olunur.
Müdafiə naziri postunda isə hazırda müdafiə nazirinin müavini olan Artak Zakaryanın namizədliyi müzakirə edilir. O, müdafiə nazirliyi sisteminə Ermənistan parlamentindən xarici əlaqəlar daimi komissiyasının sədri vəzifəsindən gətirilib. Vəziyyətin belə dəyişmə ehtimalı olacağı təqdirdə, hazırda xarici işlər naziri olan Edvard Nalbandyanın hakim partiya tərəfindən Ermənistan prezidenti kimi namizədliyi verilə bilər.
Xatırladaq ki, aprelin 9-dan sonra Ermənistan prezidenti parlament tərəfindən seçiləcək. Yeni prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb, ölkəni real idarə edən rəhbər baş nazir olacaq.
Ordu.az