Ordu.az İsraeldefense.co.il saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı 2018-ci il üçün rekord məbləğdə hərbi büdcəni təsdiqləyib.
Məlumata görə, 2018-ci il üçün Səudiyyə Ərəbistanının müdafiə büdcəsi üçün 58 milyard dollar vəsair ayrılıb və bu ötən il üçün nəzərdə tutulandan 10 faiz daha çoxdur.
Bununla belə, ayrılan məbləğin 50 faizi elmi-tədqiqat və təcrübi-konstruktiv işlərə ayrılacaq, digər yarısı isə hərbi potensialın artırılması və ölkədə müdafiə sənayesnin inkişafına xərclənəcək.
Ötən illərdə Səudiyyə Ərəbistanı müdafiə xərcləri sahəsində Yaxın Şərqdə lider olmaqla bərabər dünya üzrə müdafiə xərclərinə ayrılan büdcə üzrə ilk onluqda qərar tutub.
Nəticədə 2018-ci ildə bir sıra Avropa ölkələri və Rusiyanın hərbi büdcəsini azaltması fonunda Səudiyyə Ərəbistanı ilk beşliyə daxil olacaq, ilin nəticələrinə görə isə Böyük Britaniya ilə 3-cü pillə üzrə mübarizə apara biləcək.
Qeyd edək ki, cari ildə müdafiə büdcəsinə ən çox vəsait ayıran ölkə 692 milyard dollarla ABŞ-dır. Çin isə müdafiə xərcləri üçün 200 milyard dollardan çox büdcə ayırmaq qərarına gəlib.
Ağalar Qəribov
Ordu.az